Bakıda ruhi xəstə müalicə aldığı XƏSTƏXANADAN QAÇDI
    • 2-08-2019, 10:53
    • 2 440

Bakıda ruhi xəstə müalicə aldığı XƏSTƏXANADAN QAÇDI

Bakıda ruhi xəstə Psixiatriya Xəstəxanasından qaçıb.

News24.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini Elnarə Əliyeva Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ruhi xəstə olan oğlu, 2002-ci il təvəllüdlü Toğrul Dövlətov 2 gün əvvəl  müailicə aldığı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından hava almaq adı ilə çölə çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.