-
- 8-08-2018, 13:30
- 1 040
Azərbaycanlı bəstəkardan plagiat iddialarına cavab: "Uğura doğru gedən insan üçün mənfi fikirlər deyilir"
"Xəzər" TV-də prodüser Tarix Əliyevin Əliyevin aparıcılığı ilə yayımlanan "Hər şey daxil" verilişinin bu dəfəki mövzusu "Plagiat mahnılar" olub.
Proqramın qonaqları sırasında reper Ramil Nabran, müğənni Cəmil Dadaşov, bəstəkar Zülfi Bədəlov, rəqqasə Renka və jurnalist Teymur Məmmədov olub.
Ötən gün müğənni Elnarə Xəlilovanın həmkarı Röya Ayxanın "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırmasına bəstənin müəllifindən cavab gəlib:
"Niyə bu hadisələr Röyada baş verir? Başqalarında gözə batmır, amma Röya xanım oxudusa, düşünürlər ki, nə isə etmək lazımdır. Bizə düşmən lazım deyil. Özümüz özümüzə bəs edirik.
Uğura doğru gedən insan üçün mənfi fikirlər deyilir. Bizdə rəsmi olmasa da "Azərbaycan internet qüvvələri" deyilən termin var. Otururlar telefon və ya kompüter arxasında yazırlar. Bu Azərbaycan üçün normal haldır.
"Mənə sevgindən bəhs et" mahnısındakı oxşarlıq isə bəstəkarın deyil, aramjimançının işidir. O, bəstəni belə görüb və işləyib.
Bizim Elnarə xanımla 2 dəfə işbirliyimiz və mahnıları Vaso aramjiman edib. Vasoya demoları göstərdikdən sonra bizə dedi ki, "Baxın hazırda bu mahnının arajimanı dəbdədir. Gəlin belə edək". Mahnıları eyni aranjimanda etdi. Burada mənim günahım varmı?"
Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Cəmil Dadaşov da qalmaqallı "Po tvoim sledam" mahnısı haqda danışıb:
"Qabağa gedənin ayağından çəkirlər. Bilmirəm insanlar niyə belə reaksiya verir. Mən yaradıcılığımla məşğulam. Mənfi fikir bildirənlər o qədər azdır ki, xoş fikir bildirənlərin yanında mənə təsir etmir".
Bir müddət öncə "Basdalama damarımı" adlı mahnının da oğurluq çıxması xəbərinə sözügedən bəstəni ifa edənlərdən biri Ramil Nabrandan açıqlama gəlib:
"Bu dünyada Allahdan başqa hər şey plagiatdır. ikincisi musiqi dünyası 7 notdan ibarətdir. Yəni plagiat söhbətini şişirmək lazım deyil. Bizim mahnıya gəldikdə isə Nadir Nağd Pul bəstənin müəlliflərinə pul ödəyərək musiqini alıb. Eyni zamanda da bizdə baxışdan əldə edilən gəlir mahnının müəlliflərinin hesabına gedir".
Teymur Məmmədov