Sürücüsüz "Yangwang U9" yoldakı maneələri belə aşdı - VİDEO
    • 7-01-2025, 11:17
    • 178

Sürücüsüz "Yangwang U9" yoldakı maneələri belə aşdı - VİDEO

BYD-nin Yangwang brendinə məxsus olan U9 modeli DiSus X adlı asma sistemi ilə çox danışılırdı. Çin şirkəti 230 min dollarlıq elektrik avtomobilinin yeni videosunu paylaşıb.

News24.az xəbər verir ki, Çinli BYD, 2450 kiloqramlıq avtomobilə üç təkər üzərində tullanmağa və ya rəqs etməyə imkan verən DiSus X adlı asma sistemi ilə çox danışılıb. BYD, bu asma sistemindən istifadə edən Yangwang U9 modeli haqqında yeni bir video paylaşıb.

Paylaşılan videoda Yangwang U9-un sürücüsüz trasda 120 km/saat sürətlə hərəkət edərkən maneələrin üzərindən tullandığını görmək olar. U9-un trasda qarşılaşdığı ilk şey su ilə dolu 2,5 metrlik çuxurdur. 100% elektrik modeli millisaniyələr ərzində kameradan və sensorlardan ani məlumatları emal edərək asqısını tənzimləyən DiSus X sistemi sayəsində bu maneəni aşır.

BYD-nin açıqlamasına görə, avtomobilin təkərləri ilk maneədə 6 metr yerdən çıxarılır. İkinci maneədə bu dəfə hündürlüyü 3,5 sm civarında olan yol sünbülləri var. DiSus X asma sistemi tullanaraq bu maneəni asanlıqla dəf edir. Bu anları aşağıdakı videoda izləyə bilərsiniz.

Onu da qeyd edək ki, Yangwang U9 keçən il Çində 230 min dollar qiymət etiketi ilə satışa çıxarılıb. BYD-nin e4 platformasında qurulan model, cəmi 960 kVt (1287 at gücü) güc və 1680 Nm fırlanma anı təklif edən dörd elektrik mühərrikinə malikdir. Avtomobil 0-100 km/saat sürətlənməni 2,36 saniyəyə, 400 metr məsafəni isə 9,78 saniyəyə tamamlayır.

Eyni zamanda, BYD-nin LFP akkumulyatoru ilə təchiz edilmiş avtomobil 80 kVt/saat tutumla CLTC-yə uyğun olaraq 465 kilometr məsafə qət edir. 800V elektrik arxitekturasına malik avtomobilin akkumulyatoru 10 dəqiqəlik doldurulma ilə 30%-dən 80%-ə çata bilir. Avtomobildə ikili şarj dəstəyi də var. Bu xüsusiyyət iki fərqli şarj kabelinin eyni vaxtda avtomobilə qoşulmasına və doldurulmasına imkan verir.

Günel Məlikzadə