Şəhid Fərman Qurbanov adına küçənin acınacaqlı halı İşıqsız, asfaltsız, kanalizasiya qoxulu küçə
    • 17-07-2019, 22:53
    • 1 247

Şəhid Fərman Qurbanov adına küçənin acınacaqlı halı İşıqsız, asfaltsız, kanalizasiya qoxulu küçə

Bayıl qəsəbəsindəki şəhid Fərman Qurbanov adına küçənin sakinlərindən saytımıza şikayət məktubu daxil olub.  News24.az xəbər verir ki, sözügedən küçənin kanalizasiya sistemində partlayış olub. Bildirilib ki, səhər saatlarında baş verən problem hələ də öz həllini tapmayıb. Vurğulanıb ki, küçənin problemi bununla da bitmir. Belə ki, həmin küçədə işıqlandırma sistemi yoxdur. Bununla yanaşı, küçəyə sonuncu dəfə 2007-ci ildə asfalt salınıb. Hazırda acınacaqlı vəziyyətdə olan küçəyə təcili yardımların belə girməsində problemlər yaşanır. Nəticə etibarilə, sakinlər aidiyyatı qurumlardan onların müraciətini nəzərə almalarını xahiş edirlər.