-
- 24-09-2019, 15:42
- 1 172
“Küçələrimiz tualet qoxuyur, baxan yoxdur”- Bayıl sakinləri OD PÜSKÜRDÜ
“Üç gündür kanalizasiya sistemi partalayıb, burda üfunət iyindən yaşaya bilmirik, uşaqlarımız bu çirkabdan əziyyət çəklir. Onsuz da yollar bərbad, küçə baxımsız vəziyyətdə idi, bu da üstünə gəldi”.
Bunu News24.az-a Səbail rayonu, Bayıl qəsəbəsi şəhid Fərman Qurbanov adına küçəsində yaşayan sakinlər bildirib. Onlar qeyd edirlər ki, üç gündür kanalizasiya sistemində partlayış baş versə də, problemin həllinə dair aidiyyəti qurumlar tərəfindən ərazidə baxış keçirilməyib: “Bizim küçənin problemi bununla bitmir. Burda işıqlandırma sistemi yoxdur. Küçəyə sonuncu dəfə 2007-ci ildə asfalt vurulub. Xəstəmiz olur, küçəyə təcili yardım maşını girə bilmir. Nə vaxtadək belə dözülməz halda yaşamalıyıq. Hələ bir dəfə də olsun bu küçəyə süpürgə dəyməyib. Süpürgəçi qadın ayrılıb, amma hələ üzünü görməmişik. Buna baxmayaraq, maaş yazılır”. Sakinlər cavabdeh olan qurumlardan onların müraciətini nəzərə almalarını xahiş edirlər.
Məsələ ilə bağlı Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq: “Əgər kanalizasiya sistemi partlayıbsa, təxirəsalınmaz tədbirlər görüləcək”.