-
- 18-02-2020, 16:33
- 1 084
"Hər gün palçığa bata-bata gedirik”- Əmircan sakinlərindən ETİRAZ
“Neçə vaxtdır, küçəmizdə yollar bərbad vəziyyətdədir. Guya düzəldiblər. Yolun ortasında balaca yeri asfaltlayıb gediblər. Bu azmış kimi, qazılan yerlərin daşını, torpağını camaatın qapısının qabağına yığıblar. Küçədə tərpənə bilmirik. İcra nümayəndəyinə şikayət etdik, dedilər, bir həftə ərzində yığışdırılacaq. Amma üç həftədən çox vaxt keçib, səs-səmir yoxdur. Zibillər ortada, yol da bərbad vəziyyətdə qalıb. Qəsəbədən şəhərə gedən avtobus dayanacağının yolu bu küçədən keçir. Yəni kənd camaatın hər gün bu yolla gedib gəlir. Amma illərdir bu yola baxan, düzəldən yoxdur. Xüsusən, qış aylarında palçığı yarıb keçməli oluruq. Onsuz da pis gündə olan yolu daha da bərbad günə qoyublar. Bilmirik dərdimizi kimə deyək..."
Bu sözləri News24.az-a şikayətində Suraxanı rayonu, Əmircan qəsəbəsi Abbasqulu A.Bakıxanov 26 küçəsində yaşayan sakinlər bildirib. Onların sözlərinə görə, küçənin bu vəziyyətdə olmasından təkcə böyüklər deyil, həm də məktəbə gedib-gələn azyaşlılar da əziyyət çəkir.
Məsələ ilə bağlı Suraxanı rayonu icra hakimiyyəti ilə əlaqə saxlamaq istədik, amma təəssüf ki, telefonumuza cavab verilmədi. Suraxanı rayon bələdiyyəsindən isə məsləyə belə münasibət bildirildi: “Sizə məlumat verən sakinlər yalnız öz ərazilərinin şəkilləri çəkiblər. Həmin ərazidə yuxarıdan- Balandin küçəsindən aşağıya qədər asfalt çəkilir. Bu yandan da Malik Mustafayev küçəsindən üzüaşağı asfalt örtük çəkilir. Orda həm də su-kanalizasiya xətləri yenilənir. Mərhələ-mərhələ o əraziyə çatacağıq. Bir dəfəyə bu qədər qəsəbəni asfaltlamaq mümkün deyil. O ki, qaldıqapıların ağzında qalaqlanan daşlara, onları da tapşırıq verərik, tez bir zamanda yığıdırarlar”.
Afaq Mirayiq