Bakıda bu şəxsə cinayət işi açıldı – 15 yaşlı qızla cinsi əlaqəyə girdi
    • 15-10-2019, 18:12
    • 1 345

Bakıda bu şəxsə cinayət işi açıldı – 15 yaşlı qızla cinsi əlaqəyə girdi

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsində Murad Rüstəmov adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq istintaqa cəlb edilib.

Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işində Z.Ə adlı 15 yaşlı qız zərərçəkən şəxs qismində tanınıb.

Yaxın günlərdə cinayət işi ilə bağlı Xətai Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.