Bakıda şirkət rəhbərinin şok əməlləri – 5 qadın və 6 kişini...
    • 10-07-2019, 10:23
    • 1 088

Bakıda şirkət rəhbərinin şok əməlləri – 5 qadın və 6 kişini...

Bakıda dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

News24.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində H.Kələşli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq–təkrar törədildikdə maddəsi ilə açılan işin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Murad Məmmədovun icraatına verilib.

Qeyd edək ki, H.Kələşli özəl şirkətlərdən birinə rəhbərlik edib. Onun barəsində açılan cinayət işi üzrə 5 qadın və 6 kişi zərərçəkən şəxs qismində tanınıb. Məhkəmənin hazırlıq iclası iyulun 16-da keçiriləcək.