Toydan çıxan piyadanı avtomobil vurdu -yolda keçindi
    • 19-07-2019, 23:51
    • 883

Toydan çıxan piyadanı avtomobil vurdu -yolda keçindi

Tovuzda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb. 

Toya gələn Qədirli kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Məhərrəm Həsən oğlu şadlıq evindən çıxarkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub.

O, xəstəxanaya aparılan zaman yolda keçinib. 

Faktla bağlı araşdırma aparllır.