Tovuza istirahətə getdi - dərəyə düşüb xəsarət aldı
    • 20-07-2019, 00:49
    • 768

Tovuza istirahətə getdi - dərəyə düşüb xəsarət aldı


Tovuza istirahətə gedən gənc ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

News24.az hadisə rayonun Böyük Qışlaq kəndinə gedən yolda olan istirahət mərkəzlərinin birində baş verib.

Ailəsi ilə ora istirahətə gedən Göygöl rayon sakini 1991-ci il təvəllüdlü Səbuhi İmanov ehtiyatsızlıqdan dərin dərəyə yıxılıb. O, əraziyə cəlb edilən FHN-nin xilasediciləri vasitəsiylə dərədən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.