Toydan qayıdırdı, maşını çaya düşdü
    • 2-08-2019, 23:50
    • 806

Toydan qayıdırdı, maşını çaya düşdü

Şəmkirdə bir nəfər ehtiyatsızlıq nəticəsində körpüdən çaya yıxılıb. 
News24.az xəbər verir ki, hadisə rayonun Keçili kəndi ərazisindən keçən Şəmkir çayının üzərində olan körpüdə baş verib. 
İlkin məlumata görə, "Qazel" markalı avtomobil hərəkətdə olarkən xarab olub. Onun sərnişinlərindən olan Qaracəmirli kənd sakini təxminən 30 yaşlarında olan Paşayev Şəhriyar avtomobilə lazım olan məftili tapmaq üçün yol ilə hərəkət edib. Ehtiyatsızlıqdan o körüdən 30 metr aşağı suyu quruyan çaya yıxılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə Ş. Paşayev "Qazel" avtomobilində toydan qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.