ETSN-dən Qaxda baş verən yanğınla bağlı- AÇIQLAMA
    • 20-07-2019, 11:53
    • 950

ETSN-dən Qaxda baş verən yanğınla bağlı- AÇIQLAMA

«Yanğının qoruq ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin fədakarlığı sayəsində alınıb».

News24.az-xəbərinə görə, bunu ETSN-nin departament direktoru Hikmət Əlizadə Qax rayonunda baş verən yanğınla bağlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər fədakarlıq göstərilməsəydi, Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandırması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi: «Təbiətə böyuk ziyan dəyə bilərdi. Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın əməkdaşlarına, FHN-nin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm». 

Xatırladaq ki, 19 iyul 2019-cu il tarixində İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150 -dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

Afaq Mirayiq