Cirdəxan meşəliyindəki yanğın SÖNDÜRÜLDÜ
    • 13-07-2019, 14:53
    • 746

Cirdəxan meşəliyindəki yanğın SÖNDÜRÜLDÜ

12 iyul 2019-cu il tarixində axşam saatlarında Yevlax rayonunun Cirdəxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə,  4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.
ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə  idarələrinə  və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.