Məşhur futbolçu öldü
    • 25-01-2025, 10:20
    • 265

Məşhur futbolçu öldü

 “Mançester Yunayted”in ən gənc oyunçusu olmuş Devid Qaskell 84 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki,klub tarixində öz yeri olan Devid uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

1956-cı ildə əsas komandada ilk oyununu keçirən futbolçu uğurlu oyunlarının davamını uzun müddət gətirib.

Qeyd edək ki, ingiltərəli qapıçı 1968-ci ilə qədər Mançester təmsilçisində çıxış edib. Eyni zamanda ikiqat İngiltərə çempionu və ölkə kubokunun qalibi adını qazanıb. Daha sonra "Uiqan" və "Reksem" komandalarında çıxış edib.

Ağa Dadaşzadə