-
- 31-01-2020, 10:52
- 915
“Azərişıq”ın rüşvət almaqda ittiham edilmiş vəzifəli əməkdaşından MÜRACİƏT
Bir müddət əvvəl rüşvət almaqda ittiham edilərək işdən kənarlaşdırılan və barəsində cinayət işi açılan Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci, yəni, rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən İ.Məmmədov barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.
İşə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İ.Məmmədov və iş yoldaşı 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən "İnfiniti" klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar. Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün "İnfiniti" klubdan, ümumilikdə, 100 min manat alınıb və "Azərişıq" ASC-yə ödənilməyib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.