Elmir Əliyev və Xasay Həsənli - QIZIL MEDAL QAZANDI

Elmir Əliyev və Xasay Həsənli - QIZIL MEDAL QAZANDI İdman
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan növbəti qızıl medalları qazanıb. 

News24.az xəbər verir ki, Yunan-Roma güləşçisi Elmir Əliyev həlledici görüşdə Ukrayna təmsilçisinə qalib gələrək qızıl medalın sahibi olub.

Digər Yunan-Roma güləşçisi Xasay Həsənli də E.Əliyevin uğurunu davam etdirib. Final görüşündə almaniyalı rəqibi ilə qarşılaşan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.