Böyük Britaniyada ölkəmizi təmsil edəcək -ilk dəfə BBC radiosunda çıxış edən gəncimiz
    • 24-07-2019, 01:55
    • 818

Böyük Britaniyada ölkəmizi təmsil edəcək -ilk dəfə BBC radiosunda çıxış edən gəncimiz

Violonçel ifaçısı Camal Əliyev iyulun 28-də Böyük Britaniyanın Birminhem şəhərində konsert proqramı ilə çıxış edəcək.
News24.az xəbər verir ki, bu barədə məlumat musiqiçinin saytında yer alıb. Camal Əliyev Birminhem Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. Orkestrə Maykl Siil dirijorluq edəcək. Camal Əliyev orkestrlə birlikdə D.Şostakoviçin “Violonçel üçün bir nömrəli konsert”ini səsləndirəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.