Azərbaycanda ilk dəfə dronla kimyəvi mübarizə aparıldı - FOTO
    • 24-07-2019, 12:33
    • 890

Azərbaycanda ilk dəfə dronla kimyəvi mübarizə aparıldı - FOTO

Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi İbrahimov Etibar və “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Qəribov Zöhrab tərəfindən həyata keçirilib.

Dronlar vasitəsilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub.

Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.