-
- 5-11-2019, 11:13
- 728
Hindistanlı mütəxəssis AZƏRBAYCANDA
2018-ci ilin oktyabr ayında Nyu Delhidə keçirilmiş Hindistan-Azərbaycan Hökümətlərarası Komissiyanın 5-ci iclası zamanı qərara alındığı üzrə Hindistan Höküməti Azərbaycan ilə pambıq yetişdirilməsi sahəsində əməkdaşlığın araşdırılması üçün pambıq üzrə mütəxəssis Dr. V.N. Vagmareni Azərbaycana səfərə göndərib.
News24.az xəbər verir ki, Nagpurda yerləşən Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun (pambıq tədqiqatları üzrə Hindistanda aparıcı institut) direktoru Dr. Vagmare 27 oktyabr, 2019-cu il tarixindən etibarən bir həftəlik Azərbaycanda səfərdədir. Səfər, Hindistanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Höküməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlaqələndirilib.
Səfər ərzində Dr. Vagmare Azərbaycan Respublikasında pambıq üzrə araşdırmalarla məşğul müxtəlif rəsmilər, alimlər və tədqiqat institutları ilə qarşılıqlı ünsiyyətdə olub. Görüşlər zamanı mütəxəssisə fermerlərin üzləşdiyi çətinliklər vurğulanmaqla Azərbaycanda pambıq məhsuluna dair vəziyyət izah edilib. Dr. Vagmare Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunu ziyarət edərək İnstitutun direktoru Dr. Zeynal Əkbərov və digər alimlərlə pambıqa dair vəziyyəti müzakirə edib.
O, Hindistanda pambıq yetişdirilməsi haqqında təqdimat edərək Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun hal-hazırda araşdırma apardığı müxtəlif sahələri və onların güclü nöqtələrini nəzərə çatdırılıb. Çətinliklər müəyyənləşdirilərək və tədqiqatın bəzi sahələrində əməkdaşlıq qeyd olunaraq müxtəlif məsələlər müzakirə olunub.
Aqrar Xidmətlər Agentliyinin direktoru cənab Seymur Mövlayev Dr. Vagmare ilə görüşü zamanı Hökümət tərəfindən elan olunan prioritetləri qeyd edərək pambıq çeşidinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun çeşidlərin müəyyən edilməsi, toxum istehsalı və zərərvericilərə qarşı mübarizə sahələrində Dr. Vagmarenin tövsiyələrini soruşub.
Hindistanlı mütəxəssis həmçinin Salyan rayonuna səfər edərək Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzini və təcrübə sahələrini ziyarət edərək Mərkəzin direktoru Dr. Sədrəddin İbrahimov və alimlərlə müzakirələr aparmışdır. Görüş zamanı Azərbaycanlı rəsmilər fermerlərin üzləşdiyi gəlir potensialı, toxum istehsalı və paylanma kimi problemləri qeyd edib. Mütəxəssis həmçinin, Ucar rayonundakı pambıq emalı müəssisəsi ilə də tanış olmuşdur. Gəncə şəhərində yerləşən Aqrar Universitetə səfəri zamanı Dr. Vagmare fakultə üzvləri və tələbələr qarşısında pambıq becərilməsinə dair təqdimat edib.
Hindistanlı pambıq üzrə mütəxəssisin Azərbaycana səfəri çox uğurlu keçdi və hər iki tərəf bu səfəri iki ölkə tərəfindən pambıq becərilməsinin təkmilləşdirilməsi üçün gələcək elmi əməşdaşlığın başlanğıcı olaraq müsbət qiymətləndirib.