-
- 24-07-2019, 17:55
- 1 046
Ağdamın işğal günündə - ÇAL-ÇAĞIR - VİDEO
Dünən Ağdamın işğalının 26-cı ildönümüydü. O torpağın ki, 882 kvadrat kilometri, 80 kəndi işğal olunub.
O məkanın ki, Qarabağ savaşında 6 mindən çox şəhid verib.
Şirin Mirzəyev, Fred Asif, Allahverdi Bağırov, İxtiyar Qasımov, Natiq Əhmədov, Faiq Ağayev kimi cəsur, qorxmaz oğullarını fəda edib.
O yurd yerinin ki, Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkimiz idi.
130 min sakini Azərbaycanın 59 rayonuna pərən-pərən düşdü.
Adı “Ağdam”, anlamı günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev olsa da, tarixinə qara günlər yazıldı Ağdamın...
Dünən bu tarixi hər kəs anladığı, dərd etdiyi, dərk etdiyi qədər yaşadı, xatırladı...
Amma təəssüf ki, ilin bu gününün fərqinə varmayan, ötən tarixi görməzdən gələnlər də tapıldı. Nə yazıq ki, dünən İçərişəhərdə çal-çağır idi. Qız Qalasının ətrafda qələbəlik yaradıb çalıb-oynayırdılar.
Şəhərə gələn turistləri əyləndirmək, kefini açmaq üçün çal-çağır eləyirdilər. Ən ağrılısı isə odur ki, İçərişəhər Qoruğu, Qız Qalasının rəhbərliyi bu mənzərəyə münasibət bildirmədi. Bu haqda Qoruq əməkdaşlarına edilən etirazlara isə “ölçü götürəcəyik” deyib yola verildi. Halbuki, dünənki gün şəhərimizə gələnlərə bir daha Qarabağı, itirilən və tapdanan torpaqları anlatmaq üçün doğru məqamlardan idi.
News24.az olaraq düşünürük ki, bunu məharətini göstərmək istəyən gənclərin özfəaliyyətini Ağdamı anladacaq maraqlı bir kompazisiya, peşəkar açıq hava teatrı, yaxud unikal sərgi ilə əvəzləyə bilərdi.