-
- 25-07-2019, 10:28
- 768
Qusarda 254 ədəd çətənə kolu MƏHV EDİLDİ - FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.