Toydan dalaşıb çıxan sərnişini Xanım sürücü avtomobillə vurdu
    • 26-07-2019, 02:16
    • 818

Toydan dalaşıb çıxan sərnişini Xanım sürücü avtomobillə vurdu

Xəzər rayonunda toyda dava düşüb, bir nəfəri maşın vurub.

News24.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

“Elçin” şadlıq sarayında keçirilən toy mərasimində qohumlar arasında mahnı sifarişi üstündə dava düşüb. Şadlıq sarayında başlayan dava çöldə davam edib.

Bu zaman küçə ilə hərəkətdə olan xanım sürücünün idarə etdiyi minik avtomobili 31 yaşlı Bəbirov Rəşad Sərhəd oğlunu vurub. Hadisədən sonra sürücü ərazidən yayınıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi, sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Polis əməkdaşları qəzanı törədən sürücünün axtarışları istiqamətində tədbir görür.

Faktla bağlı araşdırma aparılır.