-
- 26-07-2019, 16:34
- 839
Qadın sürücünün körpəni avtomobillə vurub öldürməsi ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb.
News24.az-ın xəbərinə görə, birgə məlumatda bildirilib ki, iyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümova “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.