-
- 27-07-2019, 02:22
- 1 171
Toydan qayıdarkən qəzaya düşdülər Avtomobil aşdı
Xəzər rayonunda minik avtomobili aşıb, bir nəfər yaralanıb.
News24.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Yarıyev Fikrət Amil oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına maneə çıxıb.
Maneədən yayınmaq istəyərkən avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman F.Yarıyev ön şüşədən çölə çıxaraq xəsarət alıb.
Sürücüdən əlavə avtomobildə 4 nəfər sərnişin olub. Lakin sərnişinlərdən xəsarət alan olmayıb.
Sürücü dərhal xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumata görə, onlar F.Yarıyevin qardaşının toy axşamı məclisindən qayıdan zaman qəzaya uğrayıblar.
Faktla bağlı araşdırma aparılır.