-
- Dünən, 20:29
- 278
Bel yırtıqları nədən yaranır? - Mütəxəssis İZAH ETDİ
Son zamanlar getdikcə artan sağlamlıq problemlərindən biri də bel yırtıqları ilə bağlıdır.
Bununla bağlı açıqlama verən fizioterapevt Ramin Quliyev deyib ki, ümumiyyətlə, bel nahiyəsində 5 ədəd fəqərə var:
“Bunlar L1, L2, L3, L4 və L5 adlanan sümüklər və disklərdir. Bel fəqərələri arasından çıxan ayağa doğru uzanan sinirlər mövcuddur. Hansı ki, bu sinirlər ayaq əzələlərində ağrı, isti, soyuq, təzyiq və.s kimi duyğuları daşıyır. Disklər zədələndikdə - məsələn, hər hansı travmadan, yüklənmə, yanlış hərəkət, həddindən artıq çəki, su itirilməsi, vaxt keçdikcə zəifləmədən yırtıq yaranır. Bel yırtığının əsas əlamətləri var: Bel ağrısı, ayağa yayılmış ağrı və uyuşma, reflex itkisi, hərəkət məhdudluğu və ayaqda bəzi əzələlərin işləməməsi və.s”.
Mütəxəssis bel yırtığının yaranma səbəblərindən də söz açıb:
“Bu, diskin jeleyə bənzər toxumanın ərtafını saxlayan fibroz həlqəli toxumanın yırtılması nəticəsində əmələ gəlir. Buna səbəb isə 90% zəiflik və 10% yüklənmədir. Beləliklə, ağır yük və ya ağır iş deyil, zəif və qüvvəti az olan bir disk yırtığa səbəb olur. Yəni disk müəyyən yükü qaldırmaq üçün artıq zəifdir. Bel yırtığının yaranmasına gətirib çıxaran diskin quruluşu, zədələnmədən sonra sağalan toxumalara bənzəyir. Yəni yırtıqların əksəriyyəti sağalan bir toxumadır. Xəstədə refleks, hissiyyat və ya hərəkət məhdudiyyəti yoxdursa, bel yırtıqlarının əksəriyyəti sağala bilər”.\\sfera.az