Ən ulduzlu komediya filminin nümayişi keçirildi - FOTOLAR
    • 29-07-2019, 13:53
    • 832

Ən ulduzlu komediya filminin nümayişi keçirildi - FOTOLAR

İlin ən ulduzlu komediya filminin qapalı premyerası keçirilib.

News24.az xəbər verir ki, “CinemaPlus Amburan Mall” premium kinoteatrında keçirilən təqdimatda filmi ilk izləyənlər Emin Ağalarov oğlu Əli ilə, Filip Kirkirov uşaqları Alla-Viktoriya və Martin ilə, Denis Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazaiev, Aygün Kazımova, Cəfər Axundzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, həmçinin, “Zhara Music” leyblının baş prodüsseri Bahh Tee və artistləri EL'MAN, Zombi və Ellai olub.

Emin Ağalarov baş prodüsser müəllifi olaraq bütün qonaqları salamlayıb, kinoya baxaraq yaxşı vaxt keçirməyi arzulayıb və Bakı yayının bənzərsiz ab-havasına və “JARA” festivalının səhnəarxası həyatına dalmağa dəvət etib.

“Belə bir lirik komediyanın ideyası çoxdan fikirlərdə var idi. İstənilən musiqi festivalı miqyaslı bir hadisədir, hara ki, yüzlərlə artistlər gəlir və televiziya efirində görsənməyən səhnəarxası həyat hər zaman qaynayır. Məhz bu haqqda biz təkcə aktyorların iştirakı ilə deyil, həmdə real ulduzların iştirakı ilə bədii romantik film çəkmək qərarı verdik”,  - deyə Emin sujetin təfərrüatları ilə bölüşüb.

Həmçinin “Team Films” kino şirkətinin çəkiliş komandasını  rəhbərlik etmiş, ideya müəllifi və prodüsser Teymur Cəfərov nitq söyləmişdir. Bundan başqa kreativ komandaya rejissor  Dunya Lisova,  quruluşçu-rəssam  Masksim Alipçenko və quruluşçu-operator Vasiliy Rıjkov daxil olmuşdur.  

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində 2018-ci ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi  film yaradıcılarına bir neçə günlük  Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Buna görə layihəyə cəlb olunan məşhurların sayına görə film rekorda iddialı ola bilər.

Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif  Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.   

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Qeyd edək ki, Pojarskaya “Otel Eleon” seriyalında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

Qeyd edək ki, ən ulduzlu, qızğın və romantik komediya sentyabrın 5-dən etibarən nümayiş olunmağa başlayacaq.