-
- 29-07-2019, 17:20
- 947
ŞAD XƏBƏR: Salyanda yol tikintisinə 7,8 milyon manat ayrılıb – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
News24.az-ın məlumatına görə, sərəncama əsasən on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.