Prezidentin bu Sərəncamı ilə 29 min nəfər sevinəcək
    • 1-04-2019, 17:26
    • 824

Prezidentin bu Sərəncamı ilə 29 min nəfər sevinəcək

Prezident İlham Əliyev Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. News24.az xəbər verir ki, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.