Bakıda 2 kişi körpüyə çıxaraq intihar etmək istəyir SON DƏQİQƏ – VİDEO
    • 30-07-2019, 12:43
    • 719

Bakıda 2 kişi körpüyə çıxaraq intihar etmək istəyir SON DƏQİQƏ – VİDEO

Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyir.

Bu dəqiqələrdə Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.

Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.

Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. /Baku.ws/