Sürücülər, diqqətli olun! Məsuliyyətə cəlb edilə bilərsiniz
    • 30-07-2019, 21:55
    • 946

Sürücülər, diqqətli olun! Məsuliyyətə cəlb edilə bilərsiniz

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqustun 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” keçiriləcək.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 
Bildirilib ki, tədbiri Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə keçirəcək.
İdarə sürücülərdən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.