Boşandığı arvadını izlədi, sevgilisi ilə yaxaladı və... – BAKIDA QORXUNC HADİSƏ
    • 31-07-2019, 14:21
    • 786

Boşandığı arvadını izlədi, sevgilisi ilə yaxaladı və... – BAKIDA QORXUNC HADİSƏ

3 il əvvəl Bakıda qətl törətmiş şəxsin işinə Ali Məhkəmədə baxılacaq.

News24.az
-ın məumatına görə, Nərimanov rayonu ərazisindəkeçmiş arvadı ilə onun sevgilisini bıçaqamış və qadını hadisə yerindəcə öldürən İbrahimzadə Rəşad Səyyaf oğlunun cəzasının ağırlaşdırılması tələb edilir. Zərərçəkən tərəf onun 2 nəfəri ümumi təhlükəli üsulla qətlə yetirməyə çalışdığını və bu səbəbdən də daha əvvəl verilmişməhkəmə hökmünün dəyişdirilərək daha da ağırlaşdırılmasını tələb edib.

İşə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib. Gəncə şəhər sakini olan 30 yaşlı  R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Z.İbrahimova ilə R.İbrahimzadə bir neçə il əvvəl boşanıblar, birgə nikahdan iki övladları var.