Hakimin qərarı ilə razılaşmayan qardaşlar Məhkəmədə intihara cəhd etdi
    • 31-07-2019, 20:45
    • 851

Hakimin qərarı ilə razılaşmayan qardaşlar Məhkəmədə intihara cəhd etdi

Göygöldə məhkəmənin qərarından narazı qalan iki qardaşdan biri etiraz olaraq qapının şüşəsini qırıb.
News24.az xəbər verir ki, hadisə Göygöl Rayon Məhkəməsində baş verib.
Belə ki, Göygöl Rayon Məhkəməsində Balçılı kənd sakini 1985-ci il təvəllüdlü Eldəniz Xıdırova 10 sutka həbs qərarı çıxarılan zaman, onun qardaşı 1984-cü il təvəllüdlü Elçin Xıdırov etiraz olaraq qapının şüşəsini sındırıb. 
Nəticədə şüşə onun əl damar və əzələlərini kəsib. Eldəniz Xıdırov isə yerə düşən şüşə qırıqı ilə özünə xəsarət yetirib. 
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Elçin Xıdırovun vəziyyəti ağır qiymətləndirilir.
Eldəniz Xıdırov bildirib ki, məhkəmə ona 1700 manat aliment ödəmək üçün qərar çıxarıb. O, məhkəmədən 10 gün möhlət istədiyini və pulun 1000 manatını ödəyəcəyini deyib. Qalan 700 manatı isə hissə-hissə ödəyəcəyini bildirib. Lakin məhkəmə bununla razılaşmayıb, nəticədə onun qardaşı qapının şüşəsini qıran zaman xəsaərt alıb. 
Faktla bağlı araşdırma aparılır.