Sədərək rayonunda Arazboyu ərazilərdə monitorinq aparılıb
    • 31-07-2019, 21:05
    • 884

Sədərək rayonunda Arazboyu ərazilərdə monitorinq aparılıb

Epizootik tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ayrı-ayrı bölgələrdə olur, mal-heyvan saxlanılan yerlərdə xəstəliktörədici mikrob və həşəratlara qarşı dezinfeksiya və dezinseksiya tədbirləri aparır, çay və su hövzələrində monitorinqlər təşkil edirlər. Növbəti belə tədbir Sədərək rayonunda Arazboyu ərazilərdə aparılıb.
News24.az xəbər verir ki, xidmətin mütəxəssisləri rayon Baytarlıq İdarəsinin əməkdaşları ilə birlikdə sərhədboyu ərazilərdə, çay və su hövzələrində olub, vəhşi heyvan və çöl quşlarının daha sıx məskunlaşdığı ərazilərdə monitorinqlər aparıblar.
Həmin monitorinqlər zamanı ölmüş heyvan və çöl quşlarının cəsədlərinə rast gəlinməyib. Monitorinq iştirakçıları Arazboyu ərazilərə, həmçinin rayon ərazisindən keçən “Şir arxı”na da baxış keçiriblər. Mütəxəssislər xəstəliktörədici həşəratların daha çox toplaşdığı ərazilərə, mal-heyvanın yataq yerlərinə baxış keçirib, çay kənarlarında, su hövzələrində qabaqlayıcı dezinfeksiya tədbirləri aparıblar.