Məşhur krem markası YIĞIŞDIRILIR - FOTO
    • Dünən, 14:09
    • 274

Məşhur krem markası YIĞIŞDIRILIR - FOTO

ABŞ-da Fransız kosmetika nəhəngi La Roche-Posay brendi ilə satılan "Duo Acne Spot Treatment" adlı məhsulunu tərkibindəki benzoil peroksid səbəbiylə geri çağırmaq qərarına gəlib. 

News24.az Bloomberg-ə istinadən xəbər verir ki, məhsulun müəyyən şərtlər altında kanserogen komponentə çevrilə biləcəyi iddiası diqqət çəkib.

La Roche-Posay səlahiyyətliləri, yüksək temperatur və ultrabənövşəyi şüalar kimi faktorlara məruz qaldıqda benzoil peroksidin benzol adlanan kanserogen maddəyə çevrilə biləcəyini bildirib. Bununla belə, markanın sözçüsü bu tərkib hissəsinin yalnız az bir məhsul partiyasında tapıldığını bildirib.

Günel Məlikzadə