-
- 1-08-2019, 11:25
- 2 323
17 yaşlı gəlini bakirə çıxmayan bəy toy gecəsi görün nə etdi - Azərbaycanda tükləri BİZ-BİZ EDƏN HADİSƏ
Qəsdən adam öldürməkdə təqsirli bilinən Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramil Nəsirovun 17 mart 2016-cı il tarixdə Səbinə Rəhimova ilə toy mərasimi keçirilib. Əvvəllər məhkumluq həyatı yaşayan Ramil Nəsirov qeyri-rəsmi nikaha girdiyi Səbinə Rəhimovanı özünün yaşadığı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 28 ünvanında yerləşən evinə gətirib. Toy gecəsi bakirə çıxmayan 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.
“Biri-birimizi bəyəndik”
Ramil Nəsirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramil Nəsirov özünü ona verilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər oğurluq əməlinə görə məhkum olunub və cəzasını 2015-ci ilin may ayında başa vuraraq azadlığa çıxıb: “2016-cı ilin əvvəlində bacım Gözəl Orucova vasitəsi ilə Çöyçay rayonunda yaşayan Səbinə Rəhimova ilə tanış oldum. Səbinə ilə bir-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Odur ki, qohumlarım el adəti ilə Səbinəgilə elçi getdi, biz nişanlandıq”.
Ramil Nəsirovun sözlərinə görə, Səbinə Rəhimova ona özü barədə məlumat verib: “O, əvvəllər Rusiyada yaşadığını, heç bir kişi ilə yaxın intim münasibətdə olmadığını bildirmişdi. Maddi imkanım zəif olduğundan Səbinə Rəhimova könüllü olaraq 25 fevral 2016-cı il tarixdə mənə qoşularaq ata evindən qaçdı. Onunla dayım oğlu İlqar Abdullayevin Göyçay şəhərindəki evlərinə gəldik. Sonra bu barədə öz anam Gülnaz Nəsirovaya bildirdim. Anam da bizi götürərək Ucar şəhərinə gətirdi. Daha sonra oraya Səbinənin atası və digər qohumları gəldi. Səbinə də mənimlə könüllü olaraq qaçdığını bildirdi”.
“Bakirə olmadığını anladım”
Ramil Nəsirov bildirib ki, onlar toylarını 17 mart 2016-cı il tarixə qərarlaşdırıb: “Həmin günə kimi Səbinə bacım Aytən Sadıqovanın Ucar şəhərindəki evində qalıb. Martın 17-də Səbinə ilə Ucar şəhərində toyumuz oldu. Toydan sonra Səbinəni yaşadığım Ucar şəhərindəki evimizə gətirdim. Həmin gecə cinsi əlaqədə olarkən Səbinənin bakirə olmadığını anladım. Səbinədən bu barədə soruşdum. O, əvvəlcə müxtəlif bəhanələr gətirdi, gah uşaq vaxtı yıxıldıqda, gah xatırlamadığı şəraitdə bunun baş verdiyini söylədi. Bunu vaxtında mənə bildirmədiyi üçün onu bağışlamağımı xahiş etdi. Səbinənin məni aldatdığından, yəni arvadım olacağını bilərək, əvvəllər başqa kişi ilə əlaqədə olmasını məndən gizlətməsini özümə xəyanət kimi qiymətləndirdim”.
“Bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim”
Ramil Nəsirov qeyd edib ki, həm də özünü rüsvay olmuş kimi hesab edib: “Bunlardan əsəbiləşərək Səbinəni öldürmək qərarına gəldim. Bu məqsədlə yataq otağından mətbəxə gedərək oradakı masa üzərində olan bıçağı götürdüm. Bıçağı kəmərimin bel hissəsinə keçirdim və Səbinə olan otağa qayıtdım. Səbinə Rəhimovanı bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim. Bunu mənə əvvəlcədən bildirmədiyini irad tutdum. Səbinə ağlamağa başladıqda isə daha da əsəbiləşdim. Belimdən bıçağı çıxararaq Səbinənin boyun nahiyəsinə zərbə endirdim. Bu zaman Səbinə əllərini qarşıya verdi və özünü qorumaq istədi. Bıçaq onun qoluna dəydi. Səbinə qışqırdı, iməkləyərək məndən aralandı. Bu zaman Səbinəyə daha bir neçə bıçaq zərbəsi vurdum. Səbinənin kürəyinə 2 zərbə vurduğumu xatırlayıram”.
Ramil Nəsirov bildirib ki, sonra Səbinə halsız vəziyyətdə yerə yıxılıb, bıçaq onun kürəyinə sancılmış vəziyyətdə qalıb: “Bunu gördükdən sonra otağı tərk etdim və evdən çıxdım. Bu zaman həyətdə olan xalam oğlu Elşad Rəhimov məndən nə baş verdiyini soruşdu. Mən isə heç nə demədim. Polisə təslim olmaq üçün yola çıxdım ki, bir avtomaşın saxladaraq şöbəyə gedim. Lakin əl etdiyim bir neçə avtomaşın saxlamadığı üçün dostum Ağaismayıl Həsənovun evinə getdim. Ona Səbinəni bıçaqla vurduğumu dedim. Təslim olmaq üçün məni polis şöbəsinə aparmağı xahiş etdim. Ağaismayıl da məni özünə məxsus avtomaşında Ucar rayon polis şöbəsinə gətirdi. Orada törətdiyim əməl barədə polis əməkdaşına məlumat verdim”.
“Səbinəni internat evində tapdım”
Zərərçəkmiş şəxsin hüquqi varisi Rəhim Rəhimovun sözlərinə görə, Rusiya Federasiyasının Astarxan şəhərində yaşadığı zamanı Vera Pisareva adlı qadınla qeyri-rəsmi nikahından 1999-cu ildə Səbinə adlı qızı doğulub: “2002-ci ildə Vera Pisareva məni qızım Səbinə ilə ataraq getdi. 2009-cu ildə qızımı anası Natalya Pisarevanın yanına qoydum. Özüm isə Göyçay rayonuna gəldim”.
Rəhim Rəhimov qeyd edib ki, 2014-cü ildə Astarxan şəhərindəki azərbaycanlılardan qızı Səbinənin yetim uşaqlar üçün internat məktəbinə yerləşdirildiyini eşidib: “Odur ki, 2015-ci ilin may ayında Astarxan şəhərinə gedərək Səbinəni həmin internat evində tapdım. Atalıq hüququmu rəsmi qaydada müəyyənləşdirdikdən sonra iyun ayında onu Göyçay rayonunun Yenikənd kəndinə gətirdim. Həmin vaxtdan Səbinə ata və anam ilə birgə yaşadığım evdə yaşayıb. Sənədlərdə Səbinə “Rəhimova Səbinə Rəhimovna” kimi qeyd edilib”.
“Qızım Ramilə qoşularaq evdən qaçdı”
Rəhim Rəhimov bildirib ki, 2016-cı ilin fevral ayında qohumları Gülbəs Məmmədova onlara elçiliyə gəliblər: “Səbinənin hələ 17 yaşı tamam olmadığı üçün buna razılıq vermək istəmədim. Lakin Səbinə sonradan Ramili bəyəndiyini bildirdiyi üçün onların nişanına razılaşdım. Qohumlar arasındakı razılığa görə Ramil Nəsirovla Səbinə axırıncının 17 yaşı tamam olduqdan sonra, yəni 2016-cı ilın oktyabr ayında evlənməli idi. Lakin 25 fevral 2016-cı ildə evdə olmayan zaman Səbinə könüllü olaraq Ramilə qoşularaq evdən qaçdı”.
Rəhim Rəhimovun sözlərinə görə, sonra Ramilin anası Gülnaz Nəsirova ona 17 mart 2016-cı ildə toy edəcəklərini bildirib və onu toya dəvət edib: “Lakin toyda iştirak etməyəcəyimi dedim. Qeyd olunan tarixdə Ucar şəhərində qızım Səbinə ilə Ramil Nəsirovun toyu olub. Həmin toyda valideynlərim iştirak ediblər və evə gələndə toy mərasimindən razılıq etdilər. Martın 18-nə keçən gecə, saat təxminən 00:30-da mənə gizli nömrədən zəng edən tanımadığım bir qadın bildirdi ki, qızım Səbinə öldürülüb. Öz bacım Günel İlyasovaya zəng etdim. Baş verənləri bacımdan soruşdum. Bacım Ramil Nəsirovun Səbinəni bıçaqladığını bildirdi, məni xəstəxanaya çağırdı. Xəstəxanaya gəldikdə Səbinənin öldüyünü və meyitinin morqda olduğunu bildim. Sonra mənə bildirdilər ki, Ramil Səbinəni bıçaqladıqdan sonra polisə təslim olub, Səbinəni bəkarəti əvvəlcədən pozulmuş olduğu üçün öldürdüyünü bildirib”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Nəsirov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Nəsirov apelyasiya şikayəti verib. O, barəsində ağır cəza təyin edildiyini, cəzanın yüngülləşdirilməsini istəyib.
Ramil Nəsirovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Ramil Nəsirovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ramil Nəsirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 13 ilə endirilib. /Publika.az/