Bakı metrosunda gənc oğlandan qızlara qarşı İYRƏNC HƏRƏKƏT
    • 1-08-2019, 12:04
    • 909

Bakı metrosunda gənc oğlandan qızlara qarşı İYRƏNC HƏRƏKƏT

Bakı Metropoliteninin ərazisində oğurluqla məşğul olduğu üçün həbs edilən və məhkəmənin qərarı ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az
-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq-təkrar törədildikdə maddəsi ilə məhkum edilmiş Seyidov Ruslan Həsənqulu oğlu barəsindəki məhkəmə hökmünün dəyişdirilməsi tələb edilib.

İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

İş üzrə 3 qız zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, Metrpolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Gənc oğlanın daha bir qızın telefonunu da eyni üsulla ələ keçirdiyi üzə çıxıb və zərərçəkənlərin sayı 3-ə çatıb