-
- 1-08-2019, 15:00
- 686
ÜST təmsilçisi: "Azərbaycan üçün vacib məsələ ilkin səhiyyə ximəti ocaqlarının formalaşdırılmasıdır".
"Azərbaycan üçün ən vacib və təxirəsalınmaz məsələ ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır".
News24.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melita Yakab bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığarta ilə bağlı Azərbaycanda artıq neçə ildir ki, Dövlət Agentliyi fəaliyyət göstərir və bu qurum geniş şəkildə iş aparır: "Ümidvaram ki, bu sahədə Azərbaycanda başladığımız islahatlar nəinki icbari tibbi sığorta baxımından, o cümlədən ilkin səhiyyə xidmətlərinin göstərilməsində mövcud olan durumu xeyli yaxşılaşdıracaqdır. Əlbəttə ki, bütün bunlar Azərbaycan əhalisinə, xalqına xidmət edəcək. Bununla da onlar daha mükımməl tibbi xidmətlərdən yararlanacaq. Eyni zamanda, göstərilən səhiyyə ocaqlarındakı xidmətlərin keyfiyyəti də artacaq. Lakin bütün bunlar üçün ilkin şərtlər var. Bu ilkin şərtlərə nail olmaq üçün biz bir sıra təklifləri hazırlamışıq və burada təqdim edəcəyik".
M.Yakab onu da əlavə edib ki, Azərbaycanda vacib, təxirəsalınmaz məsələ ilkin səhiyyə xidmətini göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır: " Bununla bağlı istərdik ki, hazırda gedən proseslər həm standartlara uyğun olsun, həm də Azərbaycanda müasir, dayanıqlı, bütün tələblərə cavab verən səhiyyə sisteminin qurulmağına xidmət etsin. Həm də onu demək istərdik ki, ilkin göstərilən səhiyyə xidmətlərinə bir sıra vacib xidmətlər daxil olacaq. Bu da ana və uşaq sağlamlığı ilə bağlı, eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərilməsindən ibarətdir. Bu da vətəndaşların öz şəxsi xərcləri ilə bağlı yükünü azalmasına kömək edəcək. Bu, eyni zamanda hipertenziyadan və şəkər xəstəliyindən əziyyət çəkən insanları da əhatə edəcək".
Afaq Mirayiq