Bakının 22 yeni yaşayış massivi QAZLA TƏMİN EDİLƏCƏK - SİYAHI
    • 1-08-2019, 16:35
    • 848

Bakının 22 yeni yaşayış massivi QAZLA TƏMİN EDİLƏCƏK - SİYAHI

“Azəriqaz” İB tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 mln. manat vəsait ayrılıb.


Məntəqələrin adı Yeni massivlərin adları


28 May qəsəbəsiDəmir yolunun alt və üst hissəsində yeni massiv
Binəqədi qəsəbəsiDuzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv
Biləcəri qəsəbəsiAslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv
Xəzər  rayonu-
Binə qəsəbəsi"Atçılıq" adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədə yeni massiv
"Kanalüstü" adlandırılan ərazidə yeni massiv
Buzovna qəsəbəsiŞüvəlan-Buzovna yolunun sağ tərəfindəki, "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massiv
 
 
Şüvəlan qəsəbəsi
Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv
"Şüvəlan gülçülük sovxozu", "Mayak" və "Şimal DRES" adlandırılan ərazilərə düşən yeni massiv
Qaradağ  rayonu-
 
Qobustan qəsəbəsi
"1-ci massiv", "1-a massivi" və "2-a massivi" adlandırılan ərazilərə düşən yeni massiv
"1-ci təzə yurd" adlandırılan yeni massiv
Şıxlar qəsəbəsi"Şıxlar" adlandırılan ərazidə yeni massiv
Heybət qəsəbəsi"Heybət stansiyası" adlandırılan ərazidə yeni massiv
Sabunçu rayonu-
Kürdəxanı qəsəbəsi"Yeni məhəllə" və "Ləhiş bağları" adlandırılan ərazilərdə yeni massiv
Ramana qəsəbəsiD.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və "Şuşa şəhərciyi" adlandırılan ərazilərə düşən yeni massiv
 
Maştağa qəsəbəsi
"Savalan", "Yeni məhəllə" və "Xanlar" adlandırılan ərazilərə düşən yeni massiv
"Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv
Zabrat qəsəbəsi"Dağüstü" adlandırılan ərazidə yeni massiv
Nardaran qəsəbəsi"Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv
Suraxanı rayonu-
Zığ qəsəbəsiƏmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və "Dədə Qorqud" adlandırılan əraziyə düşən yeni massiv
Hövsan qəsəbəsiHövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv
Yeni Suraxanı qəsəbəsiDəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv