-
- 1-08-2019, 17:14
- 1 019
5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib - DİM
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. /report/