
-
- 18-03-2025, 20:00
- 205
Çində insana donuz böyrəyi köçürüldü
Çində bir qrup alim pasiyentə geniş dəyişdirilmiş donuz böyrəyi köçürüb.
News24.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, 69 yaşlı həmin qadın pasiyent terminal mərhələdə böyrək çatışmazlığından əziyyət çəkib.
Məlumata görə, qadına həmin diaqnoz 8 il əvvəl qoyulsa da, ona uyğun donor tapmaq mümkün olmayıb.
Martın 6-da isə həkimlər ona donuz böyrəyinin köçürülməsi üzrə əməliyyatı uğurla icra edib. Orqanda qan axını bərpa edildikdən sonra funksiyasını yerinə yetirməyə başlayıb.
Pasiyentin vəziyyətinin hazırda stabil olduğu bildirilir. Bununla belə, o, müşahidə altında saxlanılır.
Qeyd edək ki, bu, Çində insana donuz böyrəyinin köçürülməsi ilə bağlı ilk uğurlu əməliyyat olub. Bundan əvvəl meymun və xərçəngin ağır formalarından əziyyət çəkən pasiyent üzərində oxşar əməliyyat icra edilib. Onu da xatırladaq ki, bundan əvvəl ABŞ-də analoji əməliyyatlar uğurla həyata keçirilib./qafqazinfo