-
- 2-08-2019, 11:20
- 1 451
Azərbaycanda tort və içkidən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 17 nəfərə çatdı - YENİLƏNİB
Şabranda son iki gündə 17 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, ötən gün 15 nəfər, bu gün isə daha iki nəfər qida zəhərlənməsi ilə müraciət edib. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Onlardan yalnız bir nəfər xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.
****
10:20
Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.
News24.az APA-ya istinadən xəbər verir ki, 10 nəfər - Əfiqə İbrahimova, Məhəbbət İbrahimova, İlahə İbrahimova, Elşən Quliyev, Samirə Quliyeva, Təranə Quliyeva (14 yaş), Nazilə Əsədullayeva (12 yaş), Təranə Salayeva, Səbinə Əhmədova və Saatxanım Məmmədova qida zəhərlənməsi diaqnozu Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər.
Daxil olan məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları zəhərlənən şəxslərə baş çəkiblər, zərərçəkənlərin izahatı alınıb, müvafiq ekspertiza təyin edilib, zəruri olan digər araşdırma hərəkətləri yerinə yetirilib.
Faktla rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırmalar davam etdirilir.