Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarına START VERİLİR
    • 2-08-2019, 12:00
    • 779

Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarına START VERİLİR

Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarına start veriləcək.

News24.az xəbər verir ki, Xəzər dənizinin Azərbaycanın ərazi sularında baş tutacaq oyunlar çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri artıq Bakıdadır.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2019” 3-17 avqust tarixləri arasında keçiriləcək.