Bərdədə 2 nəfərin öldüyü hadisə barədə YENİ XƏBƏR
    • 23-01-2020, 13:32
    • 999

Bərdədə 2 nəfərin öldüyü hadisə barədə YENİ XƏBƏR

Bərdə rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Soğanverdilər kəndində avtomobilin aşması nəticəsində 2 nəfərin ölməsi hadisəsi ilə bağlı İntiqam Ağayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü, yəni, yol-nəqliyyat hadisəsi törətmə - 2 ə daha ağır şəxsin ölümünə səbəb olduqda maddəsi ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 3 fevral tarixinə təyin edilib. 

Qeyd edək ki, hadisə nəticəsində 29 yaşlı Elgün Kərimov və 25 yaşlı Şamxal Aslanov Bərdə mərkəzi rayon xəstəxanasında ölüb.