Papa Fransisk danışmağı yenidən öyrənəcək
    • 22-03-2025, 17:50
    • 123

Papa Fransisk danışmağı yenidən öyrənəcək

Roma Papası Fransiskin vəziyyəti stabildir, lakin o, müalicədən sonra danışmağı yenidən öyrənməli olacaq.

“Papanın səhhəti yaxşıdır, lakin oksigen terapiyası hər şeyi qurudur. O, danışmağı yenidən öyrənməlidir, amma ümumi fiziki vəziyyəti əvvəlki kimidir”, – deyə kardinal Viktor Manuel Fernandes bildirib.

O həmçinin mediada yayılan Roma Papasının guya taxtdan imtina edəcəyi barədə xəbərləri təkzib edib. Kardinalın sözlərinə görə, Fransiskin səhhəti yaxşılaşır və o, özünü daha yaxşı hiss edir.