Enerji içkilərində gizli təhlükə: Asılılıq riski artır
    • 25-03-2025, 01:50
    • 428

Enerji içkilərində gizli təhlükə: Asılılıq riski artır

Elmi araşdırmalar göstərib ki, enerji içkilərinin həddindən artıq istehlakı sağlamlığa bir çox mənfi təsirlər göstərib. 

News24.az bildirir ki, enerji içkilərinin stress, aqressiv davranış, artan spirt və siqaret istifadəsi, yüksək qan təzyiqi, piylənmə və 2-ci tip diabet riski, keyfiyyətsiz yuxu və mədə qıcıqlanması kimi zərərlərə səbəb olduğu ifadə edilib. 

Doktor Burak Can, " Enerji içkiləri ümumiyyətlə insanlar tərəfindən performanslarını artırmaq üçün istifadə edilir, lakin bəzi riskləri var. Xüsusilə uşaq və yeniyetmələrin istifadə etmələrini tövsiyə etmirik. Onların tərkibində insanları oyaq saxlayan və onlara güc verən bir maddə olan kofein var. Onların tərkibində kofein, şəkər, taurin, B vitaminləri var və bəziləri də guarana ehtiva edir." - deyə qeyd edib. 

Zəhraxanım Şeydayeva