Bu yollarda SÜRƏT HƏDDİ ENDİRİLDİ
    • 9-08-2019, 10:42
    • 728

Bu yollarda SÜRƏT HƏDDİ ENDİRİLDİ

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Məlumat üçün bildirək ki, bəzi yollarda yağış suyunun yığılması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr müşahidə edilib".