Bacısı oğlunu xilas etdi, özü boğuldu - Tanınmış jurnalistin oğlu reanimasiyadadır
    • 5-08-2019, 16:32
    • 1 333

Bacısı oğlunu xilas etdi, özü boğuldu - Tanınmış jurnalistin oğlu reanimasiyadadır

Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu ölümdən dönüb. 

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Anar Tağıyev məlumat verib: "Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır".

Qeyd edək ki, Yusif Kərimli "Xəzər" telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub.