Səidə Sultan yeni klipini təqdim etdi
    • 3-04-2025, 14:00
    • 344

Səidə Sultan yeni klipini təqdim etdi

Müğənni Səidə Sultan yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, özəl məkanların birində 7 apreldə konsert verməyə hazırlaşan sənətçinin layihəsi “Sən kimə kimdən danışırsan” adlanır.

Rep tərzində olan ifanın sözləri Bisavada aiddir. Mahnı Filipp Kirkorovun repertuarında olan “Цвет настроения черный”nın musiqisi əsasında yazılıb. Ekran işinin rejissoru isə Emin Əliyevdir.

Səidə klip üçün çəkdirdiyi fotosessiyası ilə də diqqət çəkib.