Tanımadığı şəxslər tərəfindən bıçaqlandı - vəziyyəti ağırdır
    • 6-08-2019, 00:20
    • 705

Tanımadığı şəxslər tərəfindən bıçaqlandı - vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə avqustun 4-də gecə baş verib.
Kimliyi bəlli olmayan şəxslər rayon sakini, 1981-ci il təvəllüdlü İskəndərov Asif İskəndər oğluna hücum edərək, ona üç bıçaq zərbəsi vurublar.
Yaralı təcili olaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan zərərçəkmişdən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
Hazırda 12-ci Polis bölməsinin əməkdaşları cinayətkarların axtarılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
Bədənə ağır dərəcəli xəsarət yetirmək ittihamı ilə cinayət işi başlanıb.