Şərurlu İsfəndiyarın yanında işləyən alimlər kimlərdir? – Özü açıqladı
    • 4-04-2025, 06:59
    • 3 704

Şərurlu İsfəndiyarın yanında işləyən alimlər kimlərdir? – Özü açıqladı

“Şərur MTK”-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) son müsahibəsində səsləndirdiyi fikirlər hələ də müzakirə edilir. Xüsusilə iş adamının yanında alimlərin işlədiyini deməsi diqqət çəkib.

Sitat: “Getdim, “İnturist”də bir otaq götürdüm, 10 nəfər çox savadlı adam götürdüm işə. Mən oturmuşam başda, çoban. Alimlər işləyir, pullar da gəlir”.

Həmin alimlər kimlərdir? Peşələri, ixtisasları nədir?

News24.az Globalinfo.az-a istinadən məsələyə aydınlıq gətirmək üçün İsfəndiyar Axundovla əlaqə saxlayıb.

O, həmin şəxslərin peşəsi ilə bağlı məlumatının olmadığını deyib:

“Vallah, onların adını, soyadını, peşəsini soruşmamışam. Bu dəqiqə mənim yanımdadırlar və normal qaydada işləyirlər. Detallarla maraqlanmamışam. Amma bilirəm ki, müdafiə ediblər, alimdirlər. Lazımdırsa, sizə alim göndərim, ayda 7-8 min manata işləsinlər (gülür). Bəziləri 600 manat maaş aldığını, 800-1000 manat versəm, gəlib yanımda çalışa biləcəklərini deyirlər. Aralarında qadın da var. Amma bu dəqiqə yerimiz yoxdur. Yanımdakı alimlər isə Azərbaycanda ali təhsil alıblar, xarici ölkələrdə yox”.